“Azərbaycandan gələn təyyarə yanğınlarla mübarizəyə başlayıb” - Ərdoğan

24 İyun 2022 22:15

"Köməklik məqsədilə Azərbaycandan gələn amfibiya tipli təyyarə yanğınlarla mübarizə tədbirlərinə qoşulub".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə baş verən yanğınla bağlı açıqlamasında deyib.

Prezident Ərdoğan yanğınının böyük hissəsinin nəzarət altına alındığını bildirib.

Milli.Az