Şəkidə 59 yaşlı kişi "ЗИЛ"in aşması nəticəsində ölüb

24 İyun 2022 14:45

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində "ЗИЛ" markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1963-cü il təvəllüdlü Hacırəhimov Mahir Zakir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az