Ərdoğan FHN-in amfibiya təyyarəsinin ekipajı ilə görüşüb, təşəkkür edib - FOTO

24 İyun 2022 14:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarını söndürmək üçün Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS" amfibiya tipli təyyarənin ekipajı ilə görüşüb.

Milli.Az xəbər verir ki, Ərdoğan azərbaycanlı və türkiyəli heyətlərlə Dalaman hava limanında görüşərək onlara təşəkkür edib.

Milli.Az