2 yaşlı oğlan uşağında cinsi yetişkənlik aşkarlandı

25 İyun 2022 21:35

Britaniyada 2 yaşlı uşaq yaşına uyğun olmayan hormonal inkişaf keçirib.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, Barnabi adlı uşağın qanında testosteron səviyyəsi cinsi yetişkənliyə çatmış yeniyetmədə olan miqdara çatıb.
Uşaq körpəlikdən yaşıdlarından çəki və boyuna görə fərqlənib. 1 yaşında onun çəkisi 12 kiloqram idi. Hər ay onun çəkisi 1 kq artırdı.
Yaxşı yetişmiş əzələ sisteminə görə indi 2 yaşlı Barnabi balaca kişi kimi görünür. Heç kim ona 5 yaşdan az yaş verə bilmir.

Anası bildirir ki, əvvəlcə buna ciddi yanaşmasa da, qasıqda tüklər çıxandan sonra uşaqda ciddi ereksiya halı müşahidə etdikdə çox təəccüblənib və dərhal həkimə aparıb.

Endokrinoloq uşağın qanında testosteron səviyyəsinin yüksək olduğunu bildirib.

Həkimlər uşağın belə erkən cinsi inkişafının səbəbini tapıb. Uşağın atası uzun illər testosteronlu gel istifadə edib.

O, hər gün bədəninə, çiyninə gel çəkərək, sonra uşağı qucağına götürüb, onunla oynayıb, çox güman ki, gel uşağın dərisi ilə təmasda olub.

Milli.Az