Sergey Lavrov Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb - FOTO

24 İyun 2022 12:38

Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

Milli.Az xəbər verir ki, Rusiyanın xarici işlər naziri "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Milli.Az