Lezbiyan qız sevgilisinin bacısı olduğunu öyrəndi, həyatının şokunu yaşadı

24 İyun 2022 11:45

Qadın iki illik sevgilisinin bacısı olduğunu öyrənib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Kanadada yaşayan homoseksual cütlük sosial media hesablarına yüklədikləri videoda bacı olduqlarını açıqlayıb.

Onların bu xəbəri qısa zaman ərzində sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Belə ki, "TikTok" məşhurları Carley və Mercedes iki illik münasibətlərindən sonra şok vəziyyətlə üzləşiblər. İki ildir görüşən ikili analarının eyni kişi ilə münasibətdə olduğunu öyrəndikdən sonra bacı olduqlarını öyrəniblər.

Milli.Az