Bakıda 28 yaşlı gənci avtomobil vurub

24 İyun 2022 08:33

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Mansurov İsmayıl Gündüz oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az