Norveç qaz hasilatını və Avropa İttifaqına tədarükünü artıracaq.
Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans və Norveçin energetika naziri Terye Oslandın birgə bəyanatında deyilir.
Bu qərar Rusiyadan tədarükün azaldılmasını kompensasiya etmək üçün verilib.
Norveç bu il hasilatı və Aİ-yə qaz tədarükünü 8% artıraraq 122 milyard kubmetrə çatdıracaq.
Milli.Az