ABŞ-dan Ukraynaya 450 milyon dollarlıq yeni yardım paketi

24 İyun 2022 07:00

Ağ Ev rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinə daha çox silah və texnikanın təhvil verilməsini təmin etmək üçün Ukraynaya əlavə 450 milyon dollarlıq müdafiə dəstəyi elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, dəstəyə HIMARS sistemləri, döyüş sursatı və digər avadanlıqlar da daxildir:

"ABŞ öhdəliklərimizin bir hissəsi olaraq Ukraynaya 450 milyon dollar əlavə müdafiə dəstəyi elan edib".

Milli.Az