Şəmkirdə 34 yaşlı qadını avtomobil vurub

23 İyun 2022 23:54

Şəmkir rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Ş.Fətəliyevanı avtomobil vurub. O, ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az