Ərdoğanın namizədliyi ilə bağlı müxalifətin iddialarına - Cavab

23 İyun 2022 22:42

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ müxalifətin Prezident Rəcəb Tayyib Ərdoğanın prezidentliyə üçüncü dəfə namizədliyinin qanuni olmaması ilə bağlı iddialarına cavab verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bozdağ Ərdoğanın namizədliyinin qanuni olduğunu deyib:

"Bizim namizədimiz Prezident Ərdoğandır, onun namizədliyi qanunidir".

Qeyd edək ki, Ərdoğan 2023-cü il seçkilərində Xalq Alyansının namizədi olduğunu açıqlayıb. Müxalifət tərəfi isə prezident Ərdoğanın üçüncü dəfə namizəd olmasının qanuni olmadığını, ancaq növbədənkənar seçkilərə qərar verəcəyi təqdirdə namizəd ola biləcəyini bildirib.

Milli.Az