"Ukrayna-Aİ əlaqələrində tarixi andır, dəstəyə görə minnətdaram" - Zelenski

23 İyun 2022 23:29

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə namizəd statusu verilməsi münasibətilə Avropa İttifaqı (Aİ) liderlərinə təşəkkür edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zelenski "Twitter" hesabındakı paylaşımında qərarın Ukrayna üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

"Aİ liderlərinin Aİ Şurasında Ukraynaya namizəd statusu vermək qərarını səmimi şəkildə təqdir edirəm. Bu, Ukrayna-Avropa İttifaqı əlaqələrində unikal və tarixi andır. Şarl Mişelə, Ursula fon der Lyayenə və Aİ liderlərinə dəstəyə görə minnətdaram. Ukraynanın gələcəyi Aİ daxilindədir", - deyə Zelenski bildirib.

Milli.Az