Bakıda 4 yaşlı pakistanlı uşaq binadan yıxıldı

23 İyun 2022 22:31

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 63-də Pakistan vətəndaşı, 2018-ci il təvəllüdlü Abdul Maman Muhammed Niamat yaşadığı binanın pəncərəsindən yıxılıb. 4 yaşlı uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az