Bakının mərkəzində avtomobil mağazaya çırpıldı - VİDEO

23 İyun 2022 21:04

Bakıda "Toyota Prius"un iştirakı ilə növbəti yol nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az bildirir ki, avtomobillər toqquşduqdan sonra biri mağazaya çırpılıb.

Qəza səhər saatlarında Heydər Əliyev adına sarayın yaxınlığında baş verib.

Ciddi xəsarət alan olmasa da, avtomobillərə və telefon aksesuarları satılan mağazaya ciddi ziyan dəyib.

Milli.Az qəzanın görüntülərini təqdim edir:

İsmayıl
Milli.Az