"Qəbələ" - "Fehervar" oyununun saatı dəqiqləşdi

23 İyun 2022 19:15

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan "Fehervar"ı ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda təşkil olunacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, iyulun 21-də Macarıstandakı "Mol Arena"da baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az