Zorla sivilizasiyaya qayıdan zahid yenidən adasına köçdü

23 İyun 2022 19:32

Sivilizasiyaya zorla qayıdan Yaponiyalı zahid azadlıq naminə adasına qayıtmaq və çılpaq gəzmək hüququ qazanıb.

Milli.Az bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.

Masafumi Naqasaki 1989-cu ildən bəri Ryukyu arxipelaqının insansız Sotopanari adasında yaşayır. Onun alışqanı, mağazadan yeməkləri, paltarları və ünsiyyət vasitələri yox idi, lakin bu, yaponun xoşbəxt olmasına mane olmadı - o, Sotopanarinin onun evinə çevrildiyini etiraf etdi və orada ölmək arzusunda idi.

İdilliya 2018-ci ildə, o vaxt 82 yaşında olan kilşinin qripə yoluxması ilə sona çatdı. Kişi lazımi qayğı ilə qocalar evinə köçürüldü və ona yenidən zahid həyat tərzinə qayıtması qadağan edildi.

Naqasakinin sivilizasiyaya qayıtmasından dörd il əvvəl ispaniyalı Alvaro Serezo bu barədə məlumat aldı. O, yaşayış olmayan adaları axtarıb və vəhşi təbiətdə tək yaşamaq istəyən turistlər üçün ekstremal macəralar təşkil edib. Serezo yaponun zorla şəhərə qaytarıldığını biləndə Sotopanariyə qayıtmaq hüququ uğrunda mübarizəyə başladı və sonda buna nail oldu.

"Sivilizasiyada onun üçün çox çətin idi. Onun adaya qayıtmasından reaksiyası inanılmaz idi. Üç həftə ərzində biz onun həkimləri və yerli hakimiyyət orqanları ilə görüşdük və sonda onlar onu geri götürməyimizə razılıq verdilər", - Sereso bildirib. Naqasaki nəhayət evə qayıdanda sevinməyə və sevimli adasına qovuşduğu üçün cənnətə təşəkkür etməyə başladı. İndi o, yenidən çılpaq gəzə və ömrünün sonuna qədər xoşbəxt yaşaya biləcək.

İrfan Vəliyev
Milli.Az