Gəncədə qadının boğazını kəsdilər

23 İyun 2022 17:45

Gəncə şəhərində qadın boğazından bıçaqlanaraq öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, gənc qadın boğaz nahiyəsindən bir bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Qadının şəxsiyyəti və hadisənin təfərrüatı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az