Təzyiqi dərmansız salmaq üçün...

3 İyul 2022 08:55

Hindistanın Kardioloji cəmiyyətinin məlumatına görə, hipertoniyadan əziyyət çəkən insanlara yoqa məşğələləri yaxşı kömək edə bilər.

Bu xüsusilə hipertoniyaya meyilli olan insanlara aiddir. Bu insanlarda təzyiq vaxtaşırı olaraq yüngül qalxır və bu da hipertoniya xəstəliyinin inkişafının riskini artırır. Normadan yüksək təzyiq ürək tutması, insult, infarkt, ürək çatışmazlığı kimi pozulmalara səbəb ola bilər.

Xatxa yoqa təzyiqin normallaşmasına, hipertoniyanın riskinin azalmasına kömək edir. Araşdırmada iştirak edən bir qrup insan 1 ay ərzində hər gün 1 saat yoqa ilə məşğul olurdu. 1 aydan sonra iştirakçılar  müayinələrdən keçib və məlum olub ki, onlarda arterial təzyiq aşağı düşüb.

Milli.Az