Lavrov Xəzər sammitindən danışdı

23 İyun 2022 15:40

Xəzər "beşliyi" ölkələri iyunun 29-da Aşqabadda keçiriləcək altıncı Xəzər sammitinə hazırlıqla bağlı addımları razılaşdırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla mətbuat konfransı zamanı deyib.

"Gələn həftə Aşqabadda Xəzər dövlətlərinin sammiti keçiriləcək və biz bu vacib tədbirə hazırlıqla bağlı addımlarımızı razılaşdırmışıq", - S.Lavrov deyib.

Milli.Az