Qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb

23 İyun 2022 12:53

Bu ilin ilk beş ayında qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.

Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib", - nazir deyib.

Milli.Az