Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi - Bu yay kəskin isti olacaq - VİDEO

23 İyun 2022 14:22

Ölkəmizə yay fəsli gəlib. Hidrometeoloqlar bu yayla bağlı necə proqnozlar veriblər. Bizi necə bir yay gözləyir?

Milli Hidrometralogiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyir ki, bu yay Azərbaycanda hava kəskin isti olacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Asif Verdiyev deyir ki, dünyada baş verən qlobal istiləşmə Azərbaycandan da yan keçmir.

Havanın bu yay kəskin isti keçməsi xəbəri sakinləri də ciddi narahat edir.

Asif Verdiyev deyir ki, hava şəraitinin isti və quraq keçməsi çaylara da öz təsirini göstərir. Son illərdə havanın isinməsi, su səthində buxarlanmanın yüksək olması və hava şəraitinin quraq keçməsi su ehtiyatlarnın azalmasına və çayların qurumasına səbəb olsa da, bu il vəziyyət fərqlidir. Yəni çaylarda su boldur.

Milli.Az