İki tornado kafeni dağıdıb - VİDEO

23 İyun 2022 13:52

Rusiyanın Krasnodar diyarında iki tornado Soçi çimərliyinin sahillərində görünüb.

Milli.Az bildirir ki, hadisə şahidlərinin çəkdiyi kadrları Life dərc edib.

Xoşbəxtlikdən, tüğyan edən təbii fəlakətin reallıqda o qədər də dəhşətli olmadığı ortaya çıxıb. Qasırğalar kurortun yerli sakinlərindən və qonaqlarından heç birinə dəymədən suyu və sahili keçib. Üstəlik, çəkilmiş görüntülərə görə, kurort qonaqlarından biri yaxınlaşan tornadonun ölçüsündən heç qorxmurmuş kimi, axıra qədər sudan çıxmaq istəməyib.

Tornadonun dağıdıcı gücü o qədər də böyük olmasa da, buna baxmayaraq, bəzi çimərlik restoranları öz görünüşünü bir qədər itirib: qasırğa bir kafeni bir saniyəyə darmadağın edib.

İrfan Vəliyev
Milli.Az