Məşhur müğənnidən karyerasıyla bağlı gözlənilməz qərar

23 İyun 2022 14:15

Türkiyəli məşhur müğənni Zərrin Özər karyerasını bitirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə 64 yaşlı sənətçi sosial şəbəkədə məlumat verib:

"Bir neçə gün əvvəl öz istəyimlə karyeramı sonlandırdım. Pərəstişlarım üçün bildirim ki, səhhətim qaydasındadır. Səvənlərimə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Z.Özər "Son məktub", "Kıyamam", "Şimdi hayallerdesin", "Her şey seninlə güzel", "Paşa gönlüm" kimi mahnılarıyla məşhurlaşıb.

Milli.Az