Bekhem bu halda oğullarını mirasından məhrum edəcək

23 İyun 2022 15:00

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem örnək addımıyla gündəmə gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 3 oğlu olan Bekhem onlara müqavilə imzalatdırıb. Müqaviləyə əsasən, övladları həyatlarına daxil olan xanımlara psixoloji və ya fiziki şiddət göstərərsə, mirasdan yararlana bilməyəcəklər. 

Onun bu hərəkəti sosial şəbəkədə alqışla qarşılanıb. 

Qeyd edək ki, keçmiş futbolçu britaniyalı modelyer Viktoriya Bekhemlə ailəlidir.

Milli.Az