Türkiyədə Pakistan kapitallı şirkətlərin sayı açıqlanıb

23 İyun 2022 09:03

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Pakistan kapitalı ilə 135 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25 şirkət çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Pakistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Pakistan şirkətlərinin məcmu kapitalı 29,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 13,9 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında İsrail şirkətlərinin əksəriyyəti İstanbulda (133) qeydiyyata alınıb.

"İstanbulnda qeydiyatdan keçən İsrail şirkətlərinin ümumu kapitalı 29,3 milyon türk lirəsi təşkil edib" -deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyədə İsrail kapitalı ilə 69 topdan və pərakəndə, 16 daşınmaz əmlak şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Milli.Az