Bu universitetlərin məzunları uğur qazandı - DİM

23 İyun 2022 08:22

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarında uğur əldə edən namizədlərin böyük əksəriyyətini dövlət ali təhsil müəssisələrinin məzunları təşkil edirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M.Abbaszadə qeyd edib ki, özəl ali təhsil müəssisələri arasında keçmiş "Qafqaz" Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Universitetinin məzunları da yüksək nəticə göstərənlər sırasındadır.

Milli.Az