Hindistanda bir ailə borca görə intihar edib - FOTO

23 İyun 2022 08:02

Hindistanda, Maharaştra ştatında doqquz nəfər evdə ölü tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölənlərin hamısı Vanmor ailəsinin üzvləridir.

Cəsədlər Vanmor qardaşlarına məxsus iki evdə tapılıb. İntihar edənlər 15-72 yaş arasında olub.

Məlumata görə, ailə üzvləri borca görə intihar etməyə qərar veriblər.

Polisin ailənin maddi sıxıntısı olduğunu təsdiq edib.

Onların zəhər içərək intihar etdiyi məlumataı yayılıb.

Milli.Az