Bakıda qadın boynundan bıçaqlanıb

23 İyun 2022 08:08

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Məmmədova Şəfaqət Ağabəy qızı yaşadığı evdə boyun nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az