Ukrayna ordusu irəliləyir, ruslar mane olmağa çalışır

22 İyun 2022 23:14

Rusiya ordusu taktiki mövqelərini təkmilləşdirmək üçün Slavyansk vilayətində hücum əməliyyatları keçirir. Xarkov vilayətində isə düşmən Ukrayna ordusunu cilovlamağa və onların dövlət sərhədinə çatmasına mane olmağa çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Milli.Az