Lüt ukraynalı Vyanada polisləri döydü

22 İyun 2022 22:25

Anadangəlmə lüt vəziyyətdə olan ukraynalı qaçqın qonşusu ilə mübahisədən sonra Avstriya polisi ilə "münasibətləri aydınlaşdırmağa" girişib.

Milli.Az xəbər verir ki, Vyanada baş verən xoşagəlməz insident barədə polisə şahidlərdən biri məlumat verib.

26 yaşlı ukraynalı onu sakitləşdirməyə çalışan iki asayiş keşikçisinə tozsoranın dəstəyi ilə ağır zərbələr endirib. Hadisə yerinə cəlb olunan əlavə qüvvələr heç nədən şuluqluq salan "qonağı" ram etsələr də, polislər yardım üçün xəstəxanaya getməyə məcbur olublar. (publika.az)

Milli.Az