Bolqarıstan parlamenti hökumətə etimadsızlıq göstərib

22 İyun 2022 21:32

Bolqarıstan parlamenti baş nazir Kiril Petkovun rəhbərlik etdiyi koalisiya hökumətinə etimadsızlıq göstərib.

Milli.Az APA-ya istinadən bildirir ki, parlamentin etimadsızlıq səsverməsi Bolqarıstanın milli televiziyası ilə yayımlanıb.

Etimadsızlıq səsverməsində 123 deputat lehinə, 116 deputat isə əleyhinə səs verib.

Milli.Az