Dağıstanda əslən Azərbaycandan olan silahlı öldürüldü
10 May 2010 00:30
Dağıstanın Dərbənd şəhərində keçirilən hərbi əməliyyat zamanı iki silahlı öldürülüb. Məlumatı Dərbənd şəhər Daxili İşlər İdarəsindən veriblər.
Öldürülən silahlıların şəxsiyyəti də dəqiqləşdirilib. Onlardan biri Azərbaycanda anadan olan 21 yaşlı Sədulla Çiruqlanov, digəri isə onu həmyaşıdı, Dərbənd şəhərinin sakini Teymur Qulmetorvdur. Əməliyyat zamanı silahlıların sığındığı ev dağıdılıb. Vizual baxış zamanı tapança və bir neçə qumbara aşkarlanıb.
Yaxın saatlarda milis əməkdaşları silahlı qarşıdurmanın baş verdiyi yerə hərbi sursat və partlayıcı qurğuların aşkalanması üçün baxış keçirəcəklər.
Əməliyyyat zamanı hüquq mühafizə orqanlarının əməkdaşları və yerli sakinlər arasında zərər çəkən olmayıb.
/ANS PRESS/