Həyat, bilik və sonsuz qüdrət

2 İyul 2022 23:10

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

"Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur." (Rum, 30).
İzah: Allahın elm və qüdrəti mütləq və qeyri-məhduddur. Allahın yaşaması da inkişaf və artım yox, Onun zatının elm və qüdrətə malik olması deməkdir. Həmçinin, "Qəyyum" sifəti Allahın bütün feil sifətlərini ehtiva edir. Feil sifətlərdə məqsəd Allahın o sifətləridir ki, varlıq aləmindəki mövcudatın ona ehtiyacını göstərir. Məsələn, ruzi vermək, yaratmaq və s.

Hədis: İmam Sadiq (ə): "Allah cəhalətə yer olmayan bir elm, ölümə yer olmayan bir həyatdır." (Tövhidi-Səduq, səh. 137, hədis: 11).

Milli.Az