Uzun müddətdir efirlərə çıxmaq üçün qonorar tələb edən müğənni Natavan Həbibidən xəbər var.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin verilişlərdən birinə müsahibə vermək üçün 5000 AZN qonorar tələb etdiyi ortaya çıxıb.
Bu haqda aparıcı və prodüser Tarix Əliyev (Tolik) öz verilişində məlumat verib. O "Dostumuz Natavan Həbibi aparıcı İsa Şükürovun "MTV maqazin" verilişinə müsahibə vermək üçün 5000 AZN tələb edib" sözlərini söyləyib.
Milli.Az