"Şəhid Fondu"nun pulları yeyildi

22 İyun 2022 13:40

İranın "Şəhid Fondu"nun sədri Əmirhüseyn Qazizadə Haşimi fonda bağlı təkcə bir şirkətin 5 trilyon tümən məbləğində pulu mənimsədiyini bildirib.

Milli.Az bildirir ki, Qazizadə bu barədə "Təsnim" xəbər ajansına açıqlamasında deyib: "Fonda bağlı "Bank Day"-in idarəçilərindən önəmli bir qrup həbs edilib. Hələlik dəyən zərərin və mənimsənən pulların miqdarını bilmirik".

Xatırladaq ki, bundan öncə də "Şəhid Fondu"nda mənimsəmə halları baş verib. 2013-2014-cü illərdə üstü açılan həmin hadisələrdən birində İranın o vaxtkı prezidenti Mahmud Əhmədinejadın yaxın adamının təşkilata sədr təyin olunması narazılıqların artmasına səbəb olmuşdu.

Milli.Az