Tutuquşunu xilas etməyə çalışarkən öldü

22 İyun 2022 18:07

Amerikanın Florida ştatının Dayvi şəhərinin sakini kanalizasiya quyusuna düşən tutuquşunu xilas etməyə çalışıb.

Milli.Az bildirir ki, bu barədə CBS News xəbər verir.

40 yaşlı Dimitri Aleksayou kişinin yaşadığı yaşayış binasının arxasında yerləşən kanalizasiya quyusuna düşən tutuquşusunun köməyinə qaçıb. Quşun sahibi gücünü hesablamayıb və batmağa başlayıb, bunu görən qonşular xilasediciləri çağırıb.

Hadisə yerinə gələn dalğıclar amerikalını xilas etməyə çalışsalar da, bacarmayıblar. Quşun sahibi boğularaq ölüb. Polis bildirib ki, onlar adamın ölümünü şübhəli hesab etmirlər. Tutuquşunun quyuya necə düşdüyü məlum deyil. Quş sağ qaldı.

Ölənin dostu Karson Ross dedi ki, Aleksayou elektrik mühəndisi işləyirdi. Hadisədən əvvəl kişi uzun müddət işləyirdi və ola bilsin ki, susuzluqdan əziyyət çəkirdi. Qonşular bəzən Aleksayounun iki itini tullantıların yanında gəzdirdiyini görürdülər.

İrfan Vəliyev
Milli.Az