Tarixi abidə ətrafında qanunsuz qazıntı: Xəzinə axtarırlarmış - VİDEO

22 İyun 2022 19:30

Şəkidə tarixi abidənin içərisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkarlanıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, ehtimal edilir ki, bir qrup şəxs xəzinə axtarışına çıxıb və bu məqsədlə qazıntı aparılıb. Məsələ ilə bağlı polisə də məlumat verilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, tarixi abidənin girişində qanunsuz qazıntı işləri aparılıb.

Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Nuridə Allahyarova bildirib ki, sözügedən fakt iyunun 18-dən 19-na keçən gecə Şəkinin Orta Zəyzid kəndi ərazisində yerləşən, 11-12-ci əsrlərə aid Alban abidəsində aşkar edilib. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, ilkin ehtimallara görə bir qrup şəxs xəzinə axtarışına çıxıb və qazıntı da məhz buna görə aparılıb. Məsələnin araşdırılması üçün polisə  müracət olunub.

Qazıntı işləri aparan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az