11 yaşlı qız 11 milyon dollar qazandı

22 İyun 2022 22:44

ABŞ-da 11 yaşlı qız şəxsi bizneslə 11 milyon dollar qazanıb.

Milli.Az xəbər verir ki, məlumatı "Mirror" yayıb.

Mikayla Ulmer nənəsindən miras qalan yemək kitabındakı reseptlərdən içkilər hazırlayıb. Qız hazırladığı içkilərə bal əlavə etmək qərarına gəlib və bu da onu məşhur edib.

2016-cı ildə 11 yaşı olarkən limonad satan qız böyük bir şirkətlə müqavilə bağlayıb. Bu müqavilə sayəsində Mikayla 11 milyon dollar qazanıb.

Qız qazancının onda birini arıların xilası fondlarına bağışlayıb. (publika.az)

Milli.Az