Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji güclərinin həcmini açıqlayıb

22 İyun 2022 11:07

Azərbaycanın hazırda hidro daxil olmaqla bərpa olunan enerji gücləri 1 312 meqavatdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

"Qarşıdakı illərdə istismara veriləcək 1 000 meqavatt gücündə külək, günəş və su elektrik stansiyaları və 4 giqavatlıq yeni layihələr üzrə fəaliyyətimiz enerji balansında "yaşıl" enerjinin mövqeyini gücləndirəcək", - nazir bildirib.

Milli.Az