Rusiyada Türkiyə filmlərinə tələbat iki dəfə artdı...

22 İyun 2022 17:40

Rusiyanın Ukraynaya təcavüzü səbəbindən bir çox Qərb kino şirkətləri Rusiya bazarını tərk edib və bu, onların Şərqdəki rəqibləri üçün açıq məkan buraxıb.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki,  bu haqda "Sabah" nəşri yazırb.

Məlumata görə, Rusiyada Türkiyə və Cənubi Koreya seriallarına maraq kəskin şəkildə artıb. Məsələn, "IVI" portalında (ivi.ru) türk filmlərinin sayı 12-dən 23-ə, "Kinopoisk"-də 12-dən 21-ə, pullu "Wink" xidmətində 9-dan 16-ya, "Kion TV" onlayn kinoteatrında (kion.ru) 9-dan 18-ə qədər artıb. Yəni hər yerdə təxminən iki dəfə.

Bundan əlavə, "Wink" hind filmlərinin alışını ildə 10 faiz artıraraq 137-yə çatdırıb. Koreya seriallarında da vəziyyət oxşardır, lakin onların sayı daha yavaş sürətlə artır. "Okko" portalı ən yeni Koreya seriallarını alıb, onların sayı 178-dən 246-ya çatıb. Hazırda Rusiya kinoteatrlarında ciddi məzmun çatışmazlığı yaşanır, çünki ən böyük Qərb film istehsalçıları ölkəni tərk edib və yerli film istehsalı isə tələbatı qarşılamaq gücündə deyil.

Milli.Az