Manatlıq alça Bakıda niyə 7 manat olmalıdır?

22 İyun 2022 16:15

Bazar qiymətləri hökuməti ciddi şəkildə narahat etməlidir və bununla bağlı təcili tədbirlər görülməlidir.

Miilli.Az xəbər verir ki, bunu bazarlarda qiymət artımı ilə bağlı axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

"Qiymət artımı ilə bağlı hökumətin hər hansı qabaqlayıcı addımları görünmür. Hesab edirəm ki, bu məsələdə qəti qərarlar qəbul olunmalıdır. Əsas məsələ inhisarçıların süni qiymət artımının qarşısının alınmasıdır".

Millət vəkili yay ayında mövsüm meyvələrinin Bakıda çox baha qiymətə satılmasından da narahatlığını bildirib:

"Regionlarda çox ucuz satılan mövsüm meyvələri Bakıda nübar vaxtının qiymətinədir, hələ də ucuzlaşma müşahidə edilmir. Bunun səbəbi nədir? Necə ola bilər ki, regionlarda 1-1,5 manata olan alça Bakıda hələ də 7-8 manatdan aşağı satılmasın? Burda süni qiymət artımı və inhisarçılığın yaratdığı bahalıq göz önündədir. Bu, ciddi narazılıq yaradır və hökumətin müdaxiləsini qaçılmaz edir".

Milli.Az