Kiyevə raket zərbələri endirilə bilər - Arestoviç

22 İyun 2022 10:30

Rusiya ordusu Kiyevə raket zərbələri endirə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, təhlükəli dövr iyunun 25-26-dək davam edəcək:

"Bu, Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ruslar tərəfindən ələ keçirilən "Çernomornefteqaz"ın qazma qurğularına zərbə endirdiyi uğurlu əməliyyat ilə bağlıdır".

Milli.Az