Məşhur ulduzun nişanlısı toy günü öldü - FOTO

22 İyun 2022 10:37

Böyük Britaniyada "X-Factor" şousu ilə məşhurlaşan 28 yaşlı müğənni Tom Mannın 34 yaşlı nişanlısı Danielle Hempson toy günü gözlənilmədən vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlüyün səkkiz aylıq bir oğlu var idi.

Hempsonun ölüm səbəbi açıqlanmasa da, əvvəllər onun səhhətində bəzi problemlərin olduğu məlum olub.

Cütlük 2019-cu ilin dekabrında Londonda nişanlanıb.

"Stereo Kicks" qrupunun üzvü olmuş Tom Mann nişanlısını itirdikdən sonra sosial şəbəkədə emosional mesaj paylaşıb.

"Bu sözləri yazdığıma inana bilmirəm, amma həyatımın sevgisini, hər şeyimi itirdim. Sənin üçün əbədi olaraq darıxacağam".

Milli.Az