Avtomobil yandı: Sürücü üsyan etdi - VİDEO

22 İyun 2022 21:07

Antalyanın Manavqat rayonunda işıqforun qırmızı işığında gözləyən avtomobilin mühərrikində yanğın başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə avtomobil yanaraq sıradan çıxıb.

Ətrafda olan insanlar yanğınsöndürən balonla atəşi söndürməyə cəhd etsələr də, buna nail ola bilməyiblər.

Hadisədən təsirlənən minik avtomobilinin sürücüsü isə özünü yerə vuraraq üsyan edib.

Milli.Az