Daha bir ölkədə meymunçiçəyinə yoluxma təsdiqləndi

22 İyun 2022 16:42

Sinqapurun Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma faktını təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qurum virusun ölkəyə xaricdən gətirildiyini bəyan edib.

Məlumata görə, xəstəliyin daşıyıcısı bələdçi işləyən 42 yaşlı britaniyalı kişidir. O, hazırda Milli Yoluxucu Xəstəliklər Mərkəzindədir və vəziyyəti sabitdir.

Milli.Az