126 sərnişinin olduğu təyyarə eniş zamanı alışıb

22 İyun 2022 08:06

ABŞ-ın MD-82 sərnişin təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, eniş zamanı hava maşınının ön şassisi qırılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı təyyarənin göyərtəsində 126 nəfər olub.

Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib. Yaralılar tibb müəssisələrinə, qalanları isə avtobuslarla təyyarənin dayanacağından terminala aparılıb.

Hava limanında bir neçə reys təxirə salınıb. Yanğınsöndürmə briqadası alovun nəzarət altına alındığını bildirib, hazırda yanacaq sızması fəsadlarının aradan qaldırılır.

ABŞ-ın Nəqliyyatda Milli Təhlükəsizlik Şurası bildirib ki, qəzanın səbəbləri ilə bağlı araşdırma çərşənbə günü başlayacaq.

Milli.Az