Lavrov bu gün İrana səfər edəcək

22 İyun 2022 08:37

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 22-də İrana səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov özünün "Twitter" səhifəsində yazıb.

"Sabah S.Lavrov İrana səfər edəcək", - deyə M.Ulyanov bildirib.

Daimi nümayəndə səfərin təfərrüatları barədə məlumat verməyib.

Milli.Az