Borrell: “Aİ Ukraynaya üzvlük üçün namizəd statusu vermək niyyətindədir”

22 İyun 2022 07:43

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ai xarici siyasət idarələri rəhbərlərinin son görüçü barədə Ukrayna xarici işlər naziri Dmitri Kulebanı məlumatlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Borrell Tvitterdə bildirib.

Diplomat qeyd edib ki, Avropa Şurası xarici işlər nazirlərinin 23-24 iyunda Brüsseldə keçiriləcək sammitində qurumun Ukraynaya Aİ-yə üzvlük üçün namizəd statusu vermək niyyəti var.

Milli.Az