Kiyevə raket zərbələri ilə bağlı xəbərdarlıq edildi

22 İyun 2022 07:37

"Kiyev əhalisi bu gecə və yaxın günlərdə Rusiyanın raket zərbələri təhlükəsinin artması səbəbindən hava hücumu siqnallarına laqeyd yanaşmamalıdır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukraynanın Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, təhlükəli dövr iyunun 25-26-dək davam edəcək.

Bildirilib ki, bu hücum Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ruslar tərəfindən ələ keçirilən "Çernomornefteqaz"ın ("Boyko qüllələri" adlanan) qazma qurğularına endirdiyi uğurlu zərbələrlə bağlıdır.

"Onlar Qara dənizdə baş verənlərin əvəzini çıxmağa çalışırlar", - deyə Arestoviç əlavə edib.

Milli.Az