Bakıda qəzada Ukrayna vətəndaşı ağır xəsarət alıb - VİDEO - FOTO

22 İyun 2022 07:28

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Vaqif prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib.

Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Dovqan Konstantin Vladromoviç idarə etdiyi mopedlə eyni istiqamətdə hərəkətdə olduğu "Toyota" markalı avtomobilə çırpılıb. Mopedin sürücüsü ağır bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Vahid Mərdənov APA-ya bildirib ki, moped onun sağ tərəfində eyni istiqamətdə hərəkət edən zaman qəfil sola manevr edərək maşına çırpılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.

Milli.Az